Professor: "Azərbaycan sağlam gəncliyi və gələcəyi olan bir dövlətdir" - ÖZƏL

Bildiyimiz kimi, dövlətimizin, əsasən də idmanın inkişafı bilavəsitə dövlət başçısının nəzarətindədir və bütün regionlarda bu inkişaf sürətlə və yüksək səviyyədə inkişaf edir. Elə bir rayon və şəhərimiz yoxdur ki, orada İdman kompleksi, Olimpiya mərkəzi olmasın. Bu sözləri SİA-ya açıqlamasında professor, idman içtimaiyyətinin tanınmış simalarından olan Yusif Babanlı deyib.

O, əlavə edib ki, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə idmançılarımızın qələbələri, qazandıqları saysız-hesabsız medallar idmanla bərabər, həm də mədəniyyətimizin təbliğinə və vətənpərvərlik ruhununun yüksəlməsinə xidmət edir: "Ölkə başçısı İlham Əliyevin ardıcıl olaraq bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş Dövlət Proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutmasına şərait yaradıb. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, gələcək nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılıb. "Sağlam bədəndə sağlam ruh olar" prinsipinə söykənərək, demək olar ki, Azərbaycan sağlam gəncliyi və gələcəyi olan bir dövlətdir"

Bütün xəbərlər Facebook səhifəmizdə