Dünya Xocalıya ədalət istəyir - Özəl

Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan "Diaspor TV"-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsində yaşayan xaricilər “Xocalıya ədalət” istəyiblər. SİA-nın məlumatın agörə, soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət” deyiblər.

Qeyd edək ki,videomüsahibədə müxtəlif yaş kateqoriyasına daxil olan insanlar iştirak edib və onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyiblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi "Youtube" kanalında tanış olmaq olar. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş olunacaq.

Məlumat üçün bildirək ki,veriliş fevralın 26-na keçən gecə saat 00.10-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə