Nazir: "Bizi çoxlu maraqlı layihələr gözləyir" - AÇIQLAMA

Böyük ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunmuş “Şekspir xalçalarda” müsabiqəsi maraqla qarşılanıb. SİA-nın məlumatına görə, yekun tədbirində Mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin təşkilinə və keçirilməsinə dəstək göstərdiklərinə görə Böyük Britaniya səfirliyinə və “British Council” nümayəndəliyinə təşəkkür edib: “Belə tədbirlər Azərbaycan ilə Böyük Britaniyanı mədəniyyət və incəsənət sahəsində daha da yaxınlaşdırır. Hesab edirəm ki, biz əməkdaşlığımızı möhkəmləndirməli və inkişaf etdirməliyik. Bu yaxınlarda “British Council” ilə əməkdaşlıq haqqında müqavilə imzalamışıq. Bizi çoxlu maraqlı layihələr gözləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə