Azərbaycan filmləri beynəlxalq festivalda

Azərbaycan istehsalı olan etnoqrafik filmlər İranda keçiriləcək Beynəlxalq “Varesh” Festivalında nümayiş olunacaq. SİA-nın məlumatına görə, martın 21-dən sonra İranda başlayacaq Novruz bayramı tətillərində reallaşacaq festivalda Xəzəryanı ölkələrin istehsal etdiyi filmlər təqdim ediləcək.

İranın Mazandaran vilayətinin Babol şəhərində təşkil olunacaq festivalda müxtəlif ölkələrin istehsal etdiyi 100-ə yaxın filmi göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə