Kitabxanada "Nəsimi ili"nə aid stend hazırlanıb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar stend-sərgi hazırlanıb. SİA-nın məlumatına görə, sərgidə Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamları, həmçinin, dahi mütəfəkkir barədə məlumat yerləşdirilib.

Bundan başqa, fotosərgidə Nəsiminin Bakıdakı heykəlinin açılışında ümummilli lider Heydər Əliyevin arxiv fotosu, 2018-ci il noyabrın 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda böyük şairin büstünün açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və digər rəsmilərin iştirak etdikləri mərasimdən foto, şairin şeirləri, kitablarının, məzarının və əlyazmasının, Nəsiminin surəti əks olunmuş xalçanın, şairin 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markasının, adını daşıyan gəminin, “Nəsimi” filmindən fraqmentin fotoları da öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə