Şair Musa Urudun “Sevgiyə aparan yol”u NƏŞR

Azərbaycanın tanınmış şairi, millət vəkili Musa Urudun şeirlər kitabı ingilis dilində nəşr olunub. SİA-nın məlumatına görə, kitab “Sevgiyə aparan yol” (The Way To Love) adlanır. “Mütərcim” Nəşriyyat Evində çap olunan kitaba şairin son illər qələmə aldığı 33 şeiri daxildir. İngilis dilində çap olunan bu toplu “Mütərcim” Nəşriyyat Evinin “Müasir Azərbaycan poeziyası” seriyasından olan sayca on birinci kitabıdır. Şeirləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli tərcümə edib. Nəşr ingilisdilli oxucular üçün nəzərdə tutulub.

Qeyd edək ki, Musa Urud müasir Azərbaycan ədəbiyyatında poeziyamızın istedadlı nümayəndələrindən biridir. Onun şeirlərinin əsas mövzusu Vətən, torpaq sevgisi və həsrətidir. Şairin Qərbi Azərbaycanda, Zəngəzur qəzasının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olub. Musa Urud edeyir ki, bu yerlərdə atam, anam, babalarım, ulu babalarım əsrlərlə yaşayıblr: " Ermənilər 1988-ci ildə bir milyondan çox azərbaycanlını doğma tarixi torpaqlarından qovublar. Ailəmiz də məcburi deportasiya edilmiş ailələrdən biridir...".

Kitabda əsas yeri həyat lövhələri və doğma yurdunun təbiət mənzərələri tutur. Musa Urudun poeziyası yeni cərəyan və dəblərdən uzaqdır. O, milli şairdir.

Məlumat üçün bildirək ki, kitaba daxil edilmiş poetik şeirlərin əksəriyyəti sərbəst vəznlidir, burda tipik yeni ədəbi nümunələr var. Bunlarla yanaşı, şeirlərin açarı “bir parça Vətən torpağı”dır ki, şair bunu həyatının əsas ağrısı və sevgisi adlandırır. Şairin Vətənə, Həyata, İnsana, Dostlara, Ailəyə, Dünyaya... sevgisi poetik fikirlərlə zəngindir. “Bir parça Vətən torpağı” (A Piece of Homeland), “Mən bir tənha ağacam” (I am a Lone Tree), “Alma ağacı” (The Apple Tree), “Salam, Türkiyə!” (Hello, Turkey!), “Yol ayrıcında” (At the Crossroad), “Ölüm mələyinə məktub” (Letter to Angel of Death), “Su mələyi” (The Water-Nymph) və s. nümunələr bu yöndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə