Süleyman Ələsgərovun 95 illiyi qeyd edilib - TƏDBİR

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı konsert keçirilib. SİA-nın məlumatına görə, “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşan konsertdə Xalq artistləri Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Aygün Bayramova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Təyyar Bayramov, Tahir İmanov, Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları çıxış edib.

Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göy-göl”, “Neylərəm”, “Qarabağ”, “Bilsəm sən gəlirsən” və digər mahnıları, romansları incəsənət ustaları tərəfindən səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə