Nəzakət Teymurova: "Böyük ustada can sağlığı arzu edirəm" - ÖZƏL- TƏBRİK

Tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova muğam ustası Arif Bababyevi ad günü münasibəti ilə təbrik edib. SİA-nın məlumatına görə, xanəndə Arif müəllimə uzun ömür arzulayıb: " Bu gün böyük ustad, əzizimiz Arif Babayevin doğum günüdür. Bu münasibət ilə böyük ustada can sağlığı arzu edirəm. Arif müəllim Azərbaycan milli müsiqisinə ömrünü sərf edib.O, neçə illərdir muğam sənətinə şərəflə xidmət göstərir. İsət opera səhnəsində, istərsə muğam sənətində, istərsə pedaqoji fəaliyyətində Arif müəllim hər zaman nümunə olub. Bu gün muğam sənətində onun onlarca layiqli davamçısı var. Belə sənətkarların izi musiqi tarixindən silinməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə