“Buratino” uşaqları sevindirəcək - Tamaşa

“YARAT” Müasir İncəsənət Mərkəzində, fevralın 28-də “Buratino” tamaşası göstəriləcək. SİA-nın məlumatına görə, Uşaq Musiqili Teatrı tərəfindən nümayiş olunacaq səhnə əsərinin quruluşcu rejissoru Elvin Mirzəyevdir. Burada uşaqlar rəqs ediəcək, oxuyacaq və özlərini “maskalar komediyası” janrında sınayacaqlar. Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edəcək.

Qeyd edək ki, Uşaq Musiqi Teatrı 40 il əvvəl professor Tərlan Seyidov tərəfindən yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə