Xalq artisti: "Finala çıxan iştirakçıların seviləcəyinə inanırıq" - ÖZƏL

Xəbər verdiyimniz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin Bakı şəhəri üzrə sonuncu seçim turu keçirilib. SİA-nın məlumatına görə, ümumilikdə seçim turlarında 400-dən çox ifaçı iştirak edib.

Bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılıb. Bu 70 gəncdən 20 nəfəri müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb.

Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov bildirib ki, müsabiqəyə İrandan iki iştirakçı da müraciət edib: "Bu ifaçılar finala vəsiqə qazanıb. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı və yeni, gözəl səslərin şahidi olacaqsınız. Finala vəsiqə qazanan 20 iştirakçının tamaşaçılar tərəfindən seviləcəyinə inanırıq. Muğam Azərbaycan xalqının ruhudur. Ümid edirik ki, müsabiqə günlərində xalqımıza gözəl bir muğam bayramı ab-havası yaşada biləcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə