İlqar Fəhmi: "Gənclər arasında muğam sənətinə böyük maraq var" - ÖZƏL

Xəbər verdiyimiz kimi, artıq VII Muğam Televiziya Müsabiqəsi başa çatıb. SİA-nın məlumatına görə, Bakı şəhəri üzrə sonuncu seçim turu keçirilib.

Müsabiqənin icraçı direktoru İlqar Fəhmi bildirib ki, müsabiqəyə müraciət edənlərin sayı ildən-ilə artır: "400-dən çox gəncin bu seçimlərə qatılması o deməkdir ki, gənclər arasında muğam sənətinə böyük maraq var. Təbii ki, seçim turlarına səsi gözəl olan da, yaxşı hazırlaşan da, hazırlaşmayan da qatılmışdı. Lakin biz seçim turlarında, ilk növbədə, iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm verdik. Finala qalan iyirmiliyi seçmək o qədər də asan olmadı”.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə