“Anadolu Atəşi” İstanbuldan başlayacaq - Rəqs

Türkiyənin məşhur rəqs-şou qrupu “Anadolu Atəşi” bu ilin dünya turuna fevralın 28-də İstanbuldan başlayacaq. SİA-nın məlumatına görə, dünya turuna “İstanbul dreams” adlı tamaşanın nümayişi ilə başlayacaq qrupun 50 milyon tamaşaçısı var.

Qrupun bədii rəhbəri Mustafa Ərdoğandır. Dünyanın 100-dən çox ölkəsində çıxış edən qrup 2025-ci ildə tamaşaçılarının sayını 100 milyona çatdırmağı qarşıya məqsəd qoyub.

Qeyd edək ki, “Anadolu Atəşi” ötən il sentyabrın 15-də Bakıda Heydər Əliyev Sarayında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə