"Təqaüdlərin artırılması xüsusi ilə tələbələrimizi sevindirdi " - Özəl- Münasibət

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzaladığı Sərəncam cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Xalq artistı, muğam ustası Mənsum İbrahimov SİA-ya açıqlamasında qeyd edib ki, dövlət başçı İlham Əliyevin imzaladığı Sərəncam çox önəmlidir: "Bu gün ölkəmizdə gənclərə xüssusi diqqət və qayğı var. Təqaüdlərin artırılması xəbərinə xüsusi ilə tələbələrimiz sevindilər. Mənim də tələbələrim arasında üç nəfər Prezident təqaüdü alır. Onlar Pərvaz İbrahimli, Elməddin İbrahimov və Mirpaşa Şükürovdur. Milli Konservatoriyada bir çox tələbələr var ki, bu gün Prezidentin Sərəncamına uyğun olaraq təqaüdlər alırlar. Bu onlar üçün stimuldur. Qayğı və diqqət görən tələbələr daha da həvəslə çalışır, öz sahəsində daha böyük uğurlar qazanamağa səy göstərir. Bu münasibətlə bütün tələbələri təbrik edir, onlara böyük nailiyyətlər arzu edirəm. Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bir pedaqoq kimi gənclərimizə, gələcəyimizə göstərdiyi diqqət üçün cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə