Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi İtaliyada keçirilən Cortisonici film festivalının beynəlxalq müsabiqə mərhələsinə dəvət alıb. SİA-nın məlumatına görə, ekran əsərinin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operatoru Orxan Ağazadə, rəssamı Sultan Sultanov, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə