Xaricilər "Xocalıda soyqırım olduğuna inanıram" dedi

Düşünürəm ki, məlumatlandırma sahəsində kiçik də olsa, addım ata bildik. Xocalı soyqırımı ilə bağlı xaricidən videomüsahibə aldıq. Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vəsilə Vahidqızı deyib.

SİA-nın məlumatına görə, o, əlavə edib ki, ABŞ, Meksika, Çin, Hindistan,Kanada, Ərəb ölkələri, Rusiya, Gürcüstan, demək olar ki, bütün Avropa ölkələri, bir sözlə hər kəs "Xocalıda soyqırım olduğuna inanıram" dedi. Yaxın günlərdə İTV-də, "Vətən uzaqda deyil" proqramında bu videoçarxla tanış ola biləcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə