Muzey Mərkəzində gənc rəssamın rəsimləri sərgilənəcək - Sərgi

Muzey Mərkəzində gənc rəssam Nərmin İbrahimovanın fərdi rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, “Məni anla” adlı sərgidə rəssamın 60-dan çox müxtəlif janrlarda olan sənət əsərləri yer alır.Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Rəssamın əsərlərinin məna və məzmun baxımından dolğun olduğunu deyən A.İbrahimov ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Üç gün ziyarətçilər üçün açıq qalacaq sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

Bütün xəbərlər Facebook səhifəmizdə