Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar olacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar izləniləcək. SİA-nın məlumatına görə, bu həftə sənət ocağının səhnəsində ikisi rus, ikisi isə Azərbaycan dilində olmaqla dörd səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər fevralın 15-də “Qafqazlı qardaşqızı” (rus dilində) və “Molla Nəsrəddinin beş arvadı” tamaşalarına baxa biləcək. Fevralın 16-da “Düyməcik”(rus dilində), 17-də isə “Meşə çaqqalsız olmaz” və “Baladadaşın toy hamamı” tamaşaları təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə