Moskvada azərbaycanlı musiqiçilərin çıxışı olacaq - KONSERT

Moskvanın “Başmet-tsentr” Mədəniyyət və Yaradıcılıq Evində Riad Məmmədov triosunun konserti olacaq. SİA-nın məlumatına görə, kollektiv moskvalı musiqisevərlərə muğam janrında interpretasiya təqdim edəcək. Konsertlə bağlı mətbuat üçün açıqlamada deyilir: “Moskva səhnəsində ilk dəfə olaraq Azərbaycan xalq yaradıcılığının unikal peşəkar janrı olan muğamın təqdimatı olacaq. Caz-muğamının bütün dünyada cəmi bir neçə professional ifaçısı var ki, onlardan bir də bu musiqi janrını təkcə praktiki deyil, həm də elmi cəhətdən təqdim edən Riad Məmmədovdur.

Konsertin proqramına klassik və caz musiqisinin nümunələri daxil edilib. Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryaboyun ifasında muğamla yanaşı, Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri səslənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə