Sankt-Peterburq haqqında film çəkiləcək - FİLM

Sankt-Peterburqda şəhərin İkinci Dünya müharibəsi dövründə S.M.Kirov adına Opera və Balet Teatrı (1935-1992-ci illərdə Mariya Teatrı belə adlanırdı) artistlərinin həyatı haqqında film çəkiləcək.SİA-nın məlumatına görə, filmin rejissoru Svetlana Nikolayenko ekran əsərinin çəkilişlərinin bu ilin sonunadək başa çatdırılmasının planlaşdırıldığını bildirib: “Əgər maliyyə ilə bağlı məsələlər qaydasında olarsa, filmin bu ilin payızında buraxılışı nəzərdə tutulur. Yaradıcı komandanın 2016-cı ildən ssenarisi üzərində işlədiyi film “Leninqrad süitası” adlanacaq. Film özündə bir neçə janrı birləşdirəcək. Filmdə bədii istiqamətlə yanaşı, sənədli istiqamət də yer alacaq. Leninqrad blokadasının şahidləri, bu hadisələri öz gözləri ilə görən insanlarla müsahibələri də filmdə nümayiş etdiriləcək”.

Rejissor, həmçinin kinolentin çəkilişlərinin Sankt-Peterburq və Vıborqda reallaşacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə