Tramp “Ən pis aktyor” seçilib - NOMİNASİYA

ABŞ prezidenti Donald Tramp “Qızıl moruq” ("Razzie") antimükafatının “Ən pis aktyor” nominasiyasının qalibi olub. SİA-nın məlumatına görə, namizədlərin siyahısı anti-mükafat saytında yerləşdirilib.

Mükafat Trampa Dineş de Souzanın “Millətin ölümü” və Maykl Murun “Farenheit 11/9” filmlərində sənədli kadrların çəkilişləri zamanı baş rolda pis oyununa görə verilib.

Həmçinin, ABŞ-ın birinci xanımı Melaniya Tramp da “Farenheit 11/9”da çəkildiyinə görə “Ən pis ikinci dərəcəli aktrisa” nominasiyasının qalib olub.

Qeyd edək ki, “Qızıl moruq”un 39-cu təqdimetmə mərasimi fevralın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə