Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 7 saylı filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edilib.

SİA-nın məlumatına görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, qan yaddaşımızda əbədi yaşayacaq həmin gün faciə ilə yanaşı, xalqımızın müstəqillik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib.

Bildirilib ki, bu tarix xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq müstəqilliyə aparan yolun başlanğıcıdır. Sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə