Bakıda beynəlxalq festival-müsabiqə olacaq - FESTİVAL

Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə “Testene Art Baku” III Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, müsabiqə martın 13-17-ü arası baş tutacaq.

Qeyd edək ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək.

Müsabiqənin münsiflər heyəti tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərsləri təşkil olunacaq.

Münsiflər heyətinin tərkibində Azərbaycanlıda yanaşı, Rusiya, Qazaxıstan, Litva, İsrail və İtaliyadan olan nümayəndələr də yer alacaq.

Sonda mükafatlandırma mərasimi və möhtəşəm qala-konsert keçiriləcək, seçilmiş iştirakçılara hədiyyələr təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə