Məşhur fransız aktyor dünyasını dəyişdi

Fransanın məşhur aktyoru Fransua Perro 95 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, aktyorun ölüm səbəbi hələ ki, açıqlanmır.

Qeyd edək ki, Fransua Perro 1924-cü il, fevralın 26-da Parisdə anadan olub. Karyerasına 1951-ci ildə Fransa Milli Xalq Teatrının səhnəsində başlayıb. Aktyor yarım əsrdən çox fəaliyyəti ərzində 150-dən çox film və serialda çıxış edib.

O, xüsusilə “Monparnasın sevgililəri”, “Əli çirkli günahsızlar”, “Düşmənimin cənazəsi” və “Nöqsansız reputasiya” kimi filmlərdə çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə