Tanınmış qrup Bakıda konsert verəcək - KONSERT

“Premyer-ministr” (“PM”) qrupunun keçmiş solistləri fevralın 5-də Bakıda konsert verəcəklər. Qrup “Enerji Club” səhnəsində “20 il səhnədə” adlı yubiley proqramını təqdim edəcək.

SİA-nın məlumatına görə, konsertdə kollektivin həm yeni, həm də ən məşhur mahnıları, o cümlədən “Devoçka s severa”, “Nu zaçem”, “Vostoçnaya”, “Dva brillianta, tri karata” mahnıları səslənəcək. “PM” qrupunun çıxışından sonra gecə 90-cı illərin diskotekası ilə davam edəcək.

Gecəni populyar diceylər Dj Wave & Dj Dark aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə