Dirijor Fuad İbrahimovun Varşavadakı uğuru.. - KONSERT

Varşavanın “Polşa Radio Konsert Studiyası”nda “Sinfonia Varsovia" simfonik orkestrının konserti keçirilib. SİA-nın məlumatına görə, orkestrə Azərbaycanın əməkdar artisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrının dirijoru, eyni zamanda Yeni Münxen Simfonik Orkestrının baş dirijoru Fuad İbrahimov rəhbərlik edib.

Qeyd edək ki, "Sinfonia Varsovia" orkestrın rəhbəri Yanuş Marınovski tərəfindən dəvət olunmuş azərbaycanlı dirijorun rəhbərliyi ilə keçirilən konsertin proqramında tanınmış polyak bəstəkarları Qrajina Batseviç, Miçıslav Vaynberg, görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin və bir sıra digər bəstəkarların əsərləri yer alıb. Polşa Elmlər Akademiyasının İncəsənət tarixinin əsaslarının araşdırılması üzrə Mərkəzin rəhbəri, eyni zamanda Varşava İncəsənət Akademiyasının rektoru Marçin Zqlinski konsert zamanı Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla görüşüb.

Görüşdə musiqiçi alim Azərbaycan musiqisinə, xüsusi ilə Üzeyir Hacıbəyliyə olan vurğunluğunu qeyd edib. O, bildirb ki, 2018-ci ildə Moskvada Qara Qarayevin yüz illiyinə həsr olunmuş konsertdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə