“Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi olacaq - ELAN - MÜSABİQƏ

Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub. SİA-nın məlumatına görə, rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir. İştirak etmək istəyənlər öz sənət əsərlərini xsm.2016@mail.ru elektron ünvanına göndərə edə bilərlər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək . Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqınin yekun sərgisində nümayiş olunacaq. Qaliblər diplom və təşəkkürnamə ilə təltif ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə