Ölkəmizin Ukrayna ilə mədəni əlaqələri inkişaf edir..

Ölkəmizin Ukrayna ilə əlaqələri gündən-günə inkişaf edir. Bu baxımdan, hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi üçün münbit şərait yaranıb.

SİA-nın məlumatına görə, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk verib.O, bildirib ki, Ukrayna birgə layihələrin həyata keçirilməsinə hazırdır. Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etməsindən məmnunluğunu ifadə edib. Səfir, Azərbaycanın uğurlu mədəniyyət layihələrini həyata keçirdiyini da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...