Məşhur kinoprodüser Endryu Vayna ömrünün 75-ci ilində vəfat edib. SİA-nın məlumatına görə, o, uzunsürən xəstəlikdən sonra Budapeştdə dünyasını dəyişib. Endryu Vaynanın Mario Kassarla bünövrəsini birgə qoyduğu “Carolco Pictures” şirkəti “Rembo” trilogiyası, “Terminator” seriyasından iki film, “Çətin adam”, “Mələyin ürəyi” ekran əsəsrləri ilə tanınırdı.

1944-cü ildə Macarıstanın paytaxtında doğulan Endryu 1956-cı ildə əvvəlcə Kanadaya, sonra isə Amerika Birləşmiş Ştatlarına mühacirət edib. O, burada Kaliforniya Universitetini bitirib.

Məlumat üçün bildirək ki, şərqi Avropada kommunizm ideologiyasının iflasa uğramasından sonra o, tarixi vətəninə qayıdaraq burada “Intercom”u – Macarıstanın iri kino və DVD-distribüterini yaradaraq ona rəhbərlik edib. Ölkənin Baş naziri Viktor Orbanın məsləkdaşı olan E.Vayna ölkənin kino sənayesi məsələləri üzrə hökumət komissarı vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə