İncəsənət məktəbində 20 Yanvar faciəsi anılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Qan yaddaşımız" adlı sərgi təşkil edilib. Öncə 20 Yanvar faciəsinin şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rəsm sinifinin şagirdləri 20 yanvar faciəsindən bəhs edən məruzə ilə çıxış ediblər. Bildiriblər ki, "Qanlı 20 Yanvar" tariximizə - müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi düşmüşdür. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Sonda iştirakçılar "Qan yaddaşımız" adlı sərgiyə baxış keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə