Bu ekran əsərləri son beş ayda 8 beynəlxalq festivalın qalibi olub

“Edam günü” və “Şollerin arxivi” bədii filmləri 72-ci Kann film festivalına nümayiş üçün qəbul edilib. SİA-nın məlumatına görə, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Orucova, aktyor Mətləb Təhmazi və başqaları rol alıblar.

Qeyd edək ki, ekran əsəri son beş ayda 8 beynəlxalq festivalın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə