20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı Nizami Kino Mərkəzi repertuara bəzi dəyişikliklər edib. SİA-nın məlumatına görə, Kino Mərkəzində yanvarın 20–də repertuarda olan komediya janrında filmlərin nümayişi dayandırılacaq. Repertuara rejissor Xamis Muradovun 20 Yanvar faciəsinə həsr olunan “Azadlığa gedən yollar” filmi daxil ediləcək.

Məlumat üçün bildirək ki, seanslara giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə