“İki əsrin hekayələri” kitabı nəşr olunub - ÖZƏL

Yazıçı-publisist Bahar Bərdəlinin “İki əsrin hekayələri” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir.

SİA-nın məlumatına görə, kitabda yazıçının XX əsrin sonu, XXI əsrin əvvəllərində yazdığı hekayələri toplanıb. Qeyd edək ki, hekayələrdə Vətən, ömrümüzün ağrı-acısına çevrilmiş Qarabağ problemi, həmçinin, bu günümüzlə səsləşən hadisələr, yumoristik səhnələr yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə