“Ümid 2019” incəsənət müsabiqəsi maraqla qarşılanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi" Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən “Ümid 2019” incəsənət müsabiqəsində iştirak edib. SİA-nın məlumatına görə, yanvarın 13-də keçirilən müsabiqə Rəşid Behbudov adına Mahnı teatrında təşkil olunub.

Müsabiqədə "Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi"nin I sinif şagirdi Şirinova Sona və II sinif şagirdi Li Zhijun (müəllim Ləman Hüseynova) fortepiano solo nominasiyasında 7-10 yaş arası kateqoriyasında II yerə layiq görülərək laureat adını qazanıblar. Müsabiqədə məktəbin müəlliməsi Ləman Hüseynovanın yaratdığı ansamblın çıxışı alqışlarla qarşılanıb və münsiflər heyəti tərəfindən I yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə