Nizami Kino Mərkəzində “Yenidən başla” ..

Nizami Kino Mərkəzində “Yenidən başla” komediyasının nümayişinə başlanılıb. SİA-nın məlumatına görə, filmin ssenari müəllifi Castin Zakemadır. Baş rolda tanınmış müğənni və aktrisa Cennifer Lopez çəkilib. Ekran əsəri rusca (Azərbaycan dilində altyazı ilə) nümayiş olunur. Xəyallarının gerçəkləşəcəyinə ümidini itirdiyi bir vaxtda Maya böyük şirkətdə iş tapır. Artıq onun şansı var ki, öz istedadını sübut etsin.

Filmin devizi isə belədir: “Arxada nələrin olduğu vacib deyil, hər şeyi yenidən başlamaq da mümkündür”.

Bütün xəbərlər Facebook səhifəmizdə