Qonaqpərvərlik sənayesinin inkişafinda şərabçiliğin əhəmiyyəti FOTOLAR

Azərbaycan Turizm və Menecment Universiteti “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü ilə “Turizm sahəsində dövlət siyasətinin prioritet istiqamətlərini nəzərə almaqla qonaqpərvərlik sənayesinin inkişafında şərabçılığın əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib. SİA ATMU-dan verilən xəbərə görə, ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarını salamladıqdan sonra diqqətə çatdırıb ki, “2016-2025-ci illər üçün Azərbaycanda turizmin İnkişaf Strategiyası” və “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”-nda nəzərdə tutulan sahələrin inkişafına cavab olaraq Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu arasında əməkdaşlıq əlaqələri gündən-günə möhkəmlənir.

Belə ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-tədqiqat İnstitutu arasında bağlanan ikitərəfli müqavilənin şərtlərinə əsasən ali təhsil müəssisəsinin “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri adıçəkilən strukturda təcrübə dərslərinin dinləyiciləri kimi tanınırlar.Universitet tələbərinə göstərilən qayğı və diqqət sayəsində gələcək turizmçilər elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, o cümlədən şərab istehsalı və saxlanılması proseslərini əyani müşahidə edirlər. Yaxşı haldır ki, “Mehmanxana və restoran biznesi” kafedrası faydalı ənənəni silsilə tədbirlər, elmi seminar və konfranslar formatında hər zaman uğurla davam etdirir. Bugünkü seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlüksizliyi İnstitutu əməkdaşlarının iştirakı- deyərdim ki,təsadüfi deyil.Tədbirin gündəliyinə yeni qurumun hədəfləri ilə bağlı tanışlıq məlumatları daxil edilib.

ÜŞETİ-nin “Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət” laboratoriyasının müdiri Şamil Tahirovun “Turizmin inkişafında şərabın rolu”, ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi Həlilə Məmmədovanın “Üzüm şərabları və onların şəffaflaşdırılması üsulları” mövzusunda təqdimat-məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Növbəti çı “Qafqaz Point Hotel Baku”nun F&B meneceri Cəmşid Zeynalovun “Şərabın təklif edilməsində somelyenin fəaliyyəti” və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları – Samirə Qədimova, Afət Həsənova və Aytən Pirverdiyevayanın agentliyin vəzifələri, şərab zəhərlənmələri haqqında məlumat-çıxışları geniş fikir mübadiləsinə səbəb olub.

Təqdimat-məruzələrdən sonra tədbirin moderatoru ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev seminar iştirakçılarına sual doğuran məsələlərlə bağlı müraciət etdi. “New Baku” otelinin top meneceri Ceyhun Aşurov, Bakı 1 saylı Regional Sınaq Laboratoriyasının müdiri Zaur Zalov, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Tariyel Pənahov, ali təhsil müəssisisəsinin” Elm və inkişaf məsələləri” üzrə prorektoru İranə Əliyeva, dekan və kafedra müdirlərinin çıxış və təklifləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə