Milli Konservatoriyanın tələbə xoru Şəkidə çıxış edəcək

Yanvarın 2-də Azərbaycan Milli Konservatoriyası (AMK) və “Marxal Resort and Spa” kompleksinin birgə təşkilatçılığı ilə “Ana yurdum” adlı Yeni il tədbiri keçiriləcək. AMK-dan SİA bildirilib ki, tədbir Şəki şəhəri Kiş kəndində, “Marxal Resort end Spa” kompleksinin Nuxa restoranında reallaşacaq. Tədbirdə AMK-nın tələbə xoru konsert proqramı ilə çıxış edəcək. Xorun repertuarında Azərbaycanın məşhur xalq və bəstəkar mahnıları, həmçinin dünya musiqisindən nümunələr yer alıb.

Konsertin keçirilməsində məqsəd, müasir Azərbaycan dinləyicisini xor musiqi mədəniyyəti ilə yaxından tanış etmək və insanlara vaxtını daha səmərəli keçirə biləcəyi Yeni il konserti təqdim etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə