ATMU növbəti konfransa ev sahibliyi edəcək

Ölkənin təhsil məkanında özünəməxsus yer tutmuş Azərbaycan Turizm və Menecment Universiteti kadr hazırlığı ilə yanaşı turizm sahəsində elmi-tədqiqatlar aparılmasını, bunun üçün respublikada, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alimlərin bir araya gətirilələrək fikir mübadiləsinin təşkilinə də xüsusi önəm verir. İndiyənə kimi 200-dən çox konfrans təşkil edən ATMU daha bir konfransa ev sahibliyi etməyə hazırlaşır.

SİA ATMU-dən verilən xəbərə görə, dekabr ayının 22-də ATMU-nun əsas binasında “Azərbaycan Respublikasında turizm-rekreasiya zonalarının yaradılmasının perspektivləri” adlı Respublika elmi-praktiki konfransı keçiriləcək.

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə “Turizm və Rekreasiya Zonaları Haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmiş, “Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Nazirlər Kabineti Xızı-Xaçmaz, Quba, Qusar regionlarında turizm-rekreasiya zonalarının yaradılması haqqında qərar qəbul edib.

Elmi Konfransda 18 təşkilatdan (ali məktəblər, elmi-tədqiqat institutları və s.) olan tədqiqatçıların turzimin müxtəlif sahələrinə dair 65 məruzəsi dinləniləcək, fikir mübadiləsi aparılacaq, ölkəmizin digər regionlarında turim-rekreasiya zonaları yaradılması mümkünlüyü araşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə