Muğam Mərkəzində Vaqif Mustafazadənin əsərləri səsləndirilib

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondu və Mədəniyyət Nazirliyi tərəfindən gerçəkləşib. Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri "Vaqifə ithaf" əsərini səsləndirib. Daha sonra respublikanın tanınmış caz ustaları Emil Əfrasiyab, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, İsfar Sarabski, Mircavad Cəfərov və caz festivallarının laureatları çıxış ediblər.

Caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirilib. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə