Milli Kitabxananın kollektivi sərgi ilə tanış olub FOTOLAR

Milli Kitabxananın kollektivi dekabrın 18-də Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub. Kitabxanadan SİA bildirilib ki, sərgidə Xalq rəssamının yaradıcılığının bütün dövrlərini əhatə edən həm milli, həm də dünyəvi koloriti özündə əks etdirən, rənglərin dolğun, qeyri-adi çaları ilə təsvir edilmiş, hər biri özlüyündə yeni sənət tapıntıları olan tablo, natürmort, portret və peyzajlar təqdim edilib.

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun milli memarlıq abidələrini, görkəmli şəxsiyyətləri, incəsənət xadimlərini, sadə zəhmətkeş obrazını, fərqli və maraqlı təbiət təsvirlərini özünəməxsus tərzdə, rənglərin dili ilə xüsusi orijinallıqla təqdim etdiyi əsərləri sərgi iştirakçılarında xüsusi maraq oyadıb.

Sərgi ilə yaxından tanış olan Milli Kitabxananın kollektivi sonda xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə