Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş "Etiraf" adlı tədbir keçiriləcək

Dövlət Muzey Mərkəzi və "dOM" Teatrı Dövlət Muzey Mərkəzində Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş "Etiraf" adlı tədbir keçirəcək. SİA teatrdan verilən xəbərə görə, gecə interaktiv üslubda keçiriləcək və burda tamaşaçılar da bütün gedişatın ayrılmaz hissəsinə çevriləcəklər. "Söz" layihəsinin bütün dost və qonaqlarını Mişfiqin ölməz poeziyasının gənc aktyorlar tərəfindən gözlənilməz və standartlardan uzaq təqdimatına dəvət edirik. Giriş sərbəstdir.

"dOM" Teatrı Tərlan Rəssulov tərəfindən 2016-cı ildə teatr aləmində yeni və alternativ metodika və üslubların yaradılması və inkişaf etdirilməsi məqsədilə yaradılıb. İndiki zamanda "dOM" Teatrı Azərbaycanda ilk və hələ ki, yeganə interaktiv teatrdır. Teatrın işləri siyahısında Əlilliyi olan insanlar üçün İcma Teatrının yaradılması, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının dəstəyi ilə “Limbo” immersiv tamaşası, “Poliqon” yaradıcılıq platforması və s. vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə