TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb

Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclası işə başlayıb. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, iclasda Azərbaycanı Mədəniyyət Nazirliyinin məsul əməkdaş Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı təmsil edirlər.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə keçirilən iclasında TÜRKSOY-a üzv ölkələrin rəsmi nümayəndə heyətləri, o cümlədən türkdilli dövlətlərin ortaq təşkilatlarının rəhbərləri iştirak edirlər.

İclasdan sonra, TÜRKSOY-un ortaq təşkilatçılığı ilə bir sıra tədbirlər, o cümlədən “Kastamonu 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı”nın bağlanış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə