Türkiyənin məşhur aktrisası xəstəxanalıq oldu

Türkiyənin məşhur aktrisası Ayşen Gruda xəstəxanaya yerləşdirilib.Türkiyə mətbuatının yazdığına görə, aktrisanın qəfil mədəsində ağrı başlayıb. Artıq 10 gündür xəstəxanada olan Ayşenin həkimi açıqlama verib. "Sənətçi mədə qanaması şübhəsi ilə gəldiyi xəstəxanada müalicə edilir. Müayinədən sonra ona qan köçürülüb. Hazırda səhhəti yaxşıdır, otağında dincəlir. Müalicəsi davam etməlidir. Yaxın günlərdə evə buraxılmasını məsləhət görmürük" deyə, həkim açıqlama yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə