Şamaxıda üç nominasiya üzrə müsabiqənin yekun turu keçirilib FOTOLAR

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Qobustan rayonlarından olan istedadların üzə çıxarılması məqsədilə üç nominasiya(bədii qiraət, musiqi, təsviri və dekorativ sənət) üzrə müsabiqənin yekun turu keçirilib.

SİA Nazirlikdən verilən xəbərə görə, müsabiqənin keçirilməsinin əsas məqsədi xalqımızın regiona xas olan qədim mədəniyyətinin, adət-ənənələrinin yaradılması, yeni mədəniyyət nümunələrinin formalaşması, uşaq və gənclərin, istedadlı insanların bədii yaradıcılığının təqdimi və təqdimatı, gənc istedadların üzə çıxarılması, uşaq , gənclər və istedadlı insanların yaradıcılığının inkişaf etdirilməsi, yaradıcı insanlara dövlət dəstəyinin göstərilməsidir.

Müsabiqənin münsiflər heyətində rayonun və Respublikamızın tanınmış sənət adamları təmsil olunublar. Müsabiqə qalibləri 24.12.2018 ci il tarixində İsmayıllı rayonunda keçirilən konsertdə elan olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə