Udmurt Milli Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə beynəlxalq layihə çərçivəsində Udmurt Milli Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb. SİA-nın məlumatına görə, Udmurt Milli Kitabxanasının əməkdaşları tərəfindən mövzu ilə əlaqədar kitab sərgisi açılıb.

Sərgidə Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müasir, müstəqil Azərbaycanın hərtərəfli inkişafından bəhs edən kitablar yer alıb. Həmçinin sərgidə Azərbaycanla Rusiya arasındakı münasibətlərdən bəhs edən nəşrlər də nümayiş edilib.

Qeyd edək ki, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Udmurt Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazış imzalanıb. Saziş çərçivəsində uşaq, yeniyetmə və gənclər üçün layihələrin həyata keçirilməsi, kitabxanada “Azərbaycan guşəsi”nin açılması və digər tədbirlər planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə