“Yunior liqa” Şən və Hazırcavablar Klubu respublika çempionatının oyunları keçirilib FOTOLAR

Rəşid Behbudova adına Dövlət Mahnı Teatrında “Yunior liqa” Şən və Hazırcavablar Klubu respublika çempionatının 1/8 finalının oyunları keçirilib. Təşkilatçılar SİA bildiriblər ki, həm rus, həm də Azərbaycan dillərində keçirilən oyunlar üç gün davam edib. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Çiçəyim” uşaq teatrının istedadları gecədə konsert nömrələri ilə çıxış ediblər.

Birinci gün “50 ottenkov smexa” (Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi) , “Çebupelli” (167 nömrəli məktəb), “Palata nomer 6” (6 nömrəli məktəb-lisey), “Zavodnoy apelsin” (102 nömrəli məktəb), “Fiksiki” (16 nömrəli məktəb), “Cbornaya 21 veka”, “Smexovor” (236 nömrəli məktəb), “160 % smexa” (160 nömrəli məktəb) “Yunior liqa” Şən və Hazırcavablar Klubunda mübarizəni davam etdirmək hüququ uğrunda yarışıblar.

İkinci gün səhnədə “Sparta Ankara” (Ankara” liseyi), “Niçeqo lişneqo” (189-190 nömrəli məktəb), ”Cbornaya 23 şkolı”, “Sup v kvadrate” (210 nömrəli məktəb), “Antonina Abrikosovna” (193 nömrəli məktəb), “20 Vek Foks” (20 nömrəli məktəb), “Ful Hauz” (164 nömrəli məktəb), “Proyekt Manhetten”, (46 nömrəli məktəb), “Cbornaya 17” (17 nömrəli məktəb) komandaları görüşüblər.

Sonuncu gün oyun Azərbaycan dilində keçirilib. Həmin gün “Şirinlər”, “91 nömrəli məktəbin yığması”, “Uzaq sahillərdə”, “239-cu dalğa”, “Kinostudio impossible”, “Günəşli uşaqları” və “ŞHK Qafqaz klubu” komandaları iştirak ediblər.

“Yunior liqa” Şən və Hazırcavablar Klubu respublika çempionatının 1/8 finalının son nəticələri bir qədər sonra açıqlanacaq.

Qeyd edək ki, “Yunior liqa” Şən və Hazırcavablar Klubu respublika çempionatı Gənclər və İdman, Təhsil nazirliklərinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin köməyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə