Ulu Öndərin zəngin irsi layiqincə təbliğ edilir FOTOLAR

Ulu Öndər Heydər Əliyevin zəngin mədəni irsini, geniş fəaliyyətinin təbliğ edilməsi, gənc nəsillərə çatdırılması yolunda Heydər Əliyev Mərkəzlərinin böyük əhəmiyyəti vardır. Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə, Tərtər rayonlarında, o cümlədən Yevlax və Mingəçevir şəhərlərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri də bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirir və mərkəzlərin fəaliyyətini, iş prinsiplərini günün tələblərinə uyğun qururlar.

Sözügedən mərkəzlərdən Bərdə rayon Heydər Əliyev Mərkəzinin 2006-cı il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevan və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılış mərasimi olub.

SİA Nazirlikdən verilən xəbərə görə, mərkəz işini günün tələblərinə uyğun qurur və Ulu Öndər Heydər Əliyev ideyalarının təbliği, gənc nəsilə çatdırılması və möhkəmləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər. Mərkəzdə 2009-cu ildən komputer, rəsm və şahmat dərnəkləri, 2018-ci ildən isə kitabsevərlər klubu fəaliyyət göstərir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də xatirələrin toplanılması və tədqiqat işlərinin aparılması ilə bağlıdır. Belə ki, Ulu Öndərin Bərdə rayonuna səfərləri zamanı görüşdüyü əmək və elm adamları ilə görüşlər keçirilir, onların Ulu öndərlə bağlı xatirələri lentə alınır, çəkdirdikləri xatirə şəkilləri çoxaldılaraq muzeyin sərgi stendlərinə əlavə olunur.

Mərkəzdə həmçinin Ulu Öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti ilə bağlı tarixi günlərdə, həmçinin ölkəmizin tarixi ilə bağlı əlamətdar günlərdə Mərkəzdə müxtəlif tədbirlər həyata keçirilir. İl ərzində Bərdə rayon Heydər Əliyev Mərkəzini minlərlə insan ziyarət edir. 2018-ci ilin yanvarından cari ilin dekabr ayınadək Bərdə rayon Heydər Əliyev Mərkəzini 39412 nəfər ziyarət edib. Onlardan 27 nəfəri isə xarici vətəndaşlardır. Ziyarətçilərdən Türkiyə, Rusiya, Gürcüstan, Pakistan, ABŞ, İran vətəndaşları daha da üstünlük təşkil edir.

Bərdə rayon Heydər Əliyev Mərkəzinin növbəti layihəsi isə məhz Asan Xidmət könüllüləri ilə birgə gənclərin mərkəzə daha da cəlb olunmasıdır.

Tərtər rayon Heydər Əliyev Mərkəzi 2012-ci il oktyabr ayının 7-də ölkə rəhbəri Prezident İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib. Mərkəz rayon ərazisində Ulu Öndər irsinin rayon əhalisi və gənclərə çatdırılması sahəsində müntəzəm işlər aparır. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto sənədlərdən ibarət ekspozisiyalar yaradılıb. Rayon əhalisi, rayona gələn yerli və xarici turistlər mərkəzi ziyarət edərkən ekspozisiyalarda sərgilənən fotosənədlər vasitəsi ilə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə daha yaxından tanış olub və bu barədə geniş məlumatlar alırlar.

Mərkəzdə “Bacarıqlı əllər” və “Bədii qiraət” dərnəyi fəaliyyət göstərir. Dərnək üzvlərinin əl işləri müxtəlif regionlarda təşkil olunmuş sərgilərdə nümayiş etdirilir. “Bədii qiraət” dərnəyinin üzvləri isə müxtəlif tədbirlərdə iştirak edirlər. Mərkəzdə Tərtər rayon MKS-nin filialı da fəaliyyət göstərir. Belə ki, kitabxananın fondunda 3700 sayda kitab vardır. Onlardan 1125 ədədi Ulu Öndər və Prezident İlham Əliyevə həsr olunmuş kitablardır.

Heydər Əliyev Mərkəzi rayon sakinlərinin və qonaqlarının ziyarətgahına çevrilib. Yaşından aslı olmayaraq hər kəs uşaqlar, gənclər, ahıllar mərkəzi ziyarət edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə