“Akademik Xalq və Caz Musiqisi” Respublika Festivalının qalibləri kimdir? FOTOLAR
Bildiyimiz kimi, U.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Akademik Xalq və Caz Musiqisi” Respublika Festivalı baş tutub. SİA-nın məlumatına görə, festivalda Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərinin şagirdləri də iştirak edərək uğurla çıxış edib. Belə ki, festivala qatılan Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin IV sinif şagirdi Nuray Allahverdiyeva və III sinif şagirdi Fatimə Abasova festivalın diplomantları adına layiq görülüblər.
Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbinin şagirdləri Murad Muradov, Zemfira Zəkizadə, Aylin Rüstəmli və Aytac Vəlizadə tərifnamə ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə