Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım günü keçirilib FOTOLAR

Şəki Regional Mədəniyyət İdarəsi Ümummilli Lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar anım günü keçirib. SİA-nın məlumatına görə, Şəki Regional Mədəniyyət İdarəsini əhatə edən Şəki, Zaqatala, Balakən, Oğuz, Qax şəhər və rayon Heydər Əliyev Mərkəzlərində, Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində, Mədəniyyət Mərkəzində və Şəki Dövlət Rəsm Qalereyasında böyük hörmət və ehtiramla yad edilərək tədbirlər keçirilib.

Tədbirlərdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyəti haqqında çıxışlar edilib, Heydər Əliyevin mədəniyyət və incəsənət ustaları və sadə əmək insanları ilə görüşlərindən bəhs edən video-çarxlar nümayiş etdirilib. Dahi şəxsiyyətə ithaf olunan mahnılar ifa olunub, şeirlər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə