Ümummilli Liderin anım gününə həsr olunmuş interaktiv plakat hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə beynəlxalq layihə əsasında Orenburq vilayətinin Pokrovka modern kitabxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat hazırlanıb.

Kitabxanadan SİA bildirilib ki, interaktiv plakat Moskva şəhərinin Qərb İnzibati Dairəsinin MKS-na, Udmurt Milli, Orenburq Aqrar Kolleci, Ulyanovsk Vilayət Mərkəzi Elmi, A.P.Çexov adına Blaqoveşensk şəhər, S.Vurğun adına Kiyev şəhər kitabxanalarına göndərilib. İnteraktiv plakatdan tədbirlər zamanı istifadə olunub.

İnteraktiv plakatda Ulu Öndərin fotoşəkilləri, haqqında yazılmış kitablar və qəbirüstü abidəsini özündə əks etdirən kollajın üzərinə yerləşdirilən interaktiv nöqtələrdə dahi siyasətçi Heydər Əliyev haqqında maraqlı məlumatlar yerləşdirilib.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş interaktiv plakat https://www.thinglink.com/scene/1128040452402970625 linkdə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə