Qazax rayonunda səyyar sərgi təşkil edilib FOTOLAR

E.Hüseynov adına Mərkəzi Kitabxana S. Vurğun adına şəhər parkında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Qürurumuzsan... Sərvətimizsən!..” adlı səyyar sərgi təşkil edib.

Dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin geniş ictimai – siyasi və elmi-nəzəri irsinin oxucular arasında təbliği məqsədilə təşkil olunan sərgidə Ulu Öndərin fenomenal irsindən nümunələr nümayiş etdirilib.

Ulu Öndərimizin mənalı həyatına və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilən sərgidən 170-dən çox iştirakçı bəhrələnib.

Eyni zamanda Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi də öz növbəsində açıq havada Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Uşaqların böyük dostu”, “Tarixin Azərbaycanlı dahisi” adlı sərgi təşkil edib.

Sərgidə Ümummilli liderin şərəfli ömür yolunu işiqlandıran çoxlu materiallar nümayiş etdirilib, müxtəlif adlarda kitablar geniş oxucu kütləsinə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə